AZ

“Qarabağ” UEFA reytinqində irəlilədi

Bakı. Trend:

Azərbaycan çempionu “Qarabağ” UEFA reytinqində mövqeyini birqədər də gücləndirib.

Trend-inxəbərinə görə, bu, Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının2-ci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandası ilə həriki matçdakı qələbəsi (1:0, ilk oyunda 3:0) sayəsində mümkünolub.

Qurban Qurbanovun komandası bu uğur sayəsində ÇL-də 3-cü raundavəsiqə qazanıb.

Ağdam təmsilçisi bu oyunlardakı qələbələrə görə UEFA reytinqində4 pillə irəliləyərək 65-ci yerə qalxıb. Azərbaycan çempionu 2024/25mövsümünü reytinqində 69-cu yerdə başa vurmuşdu.

Reytinq son 5 mövsümün nəticəsinə əsasən hazırlanır.

Xatırladaq ki, “Qarabağ”ın dünən “Şelburn” üzərindəkiqələbəsindən sonra Azərbaycan da UEFA reytinqində 29-cu yerdən28-ci pilləyə yüksəlib.

Seçilən
3
12
az.trend.az

10Mənbələr