AZ

Macarıstan Fələstin dövlətini tanımağı planlaşdırmır

BAKI, TurkicWorld

Macarıstan hökuməti Fələstin dövlətini tanımağı planlaşdırmadığını və bu məsələdə ilk növbədə fələstinlilər və israillilər arasında sülh razılaşmasının əldə olunmasının vacib olduğunu bəyan edib.

TurkicWorld xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orbanın Aparat rəhbəri Qergeli Quyaş jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, hökumət Fələstin dövlətinin birtərəfli qaydada tanınmasını dəstəkləmir.

“Biz hesab edirik ki, fələstinlilər və israillilər əvvəlcə birgə yaşamaqla bağlı razılığa gəlməlidirlər” – deyə, Quyaş bildirib.

Xatırladaq ki, iyulun 24-də Fransa Prezidenti Emmanuel Makron sentyabrda keçiriləcək BMT Baş Assambleyasının sessiyasında Fələstin dövlətini tanımağa hazır olduğunu açıqlamışdı. İyulun 29-da isə Britaniyanın Baş naziri Kir Starmerin ofisi bəyan etmişdi ki, əgər İsrail Qəzza zolağında hərbi əməliyyatları davam etdirərsə və humanitar yardımın çatdırılmasına mane olarsa, Böyük Britaniya da Fələstini tanıya bilər.

Bundan əvvəl 11 Avropa ölkəsi, eləcə də Avstraliya və Yeni Zelandiyanın xarici işlər nazirləri Fələstinin tanınması ilə bağlı bənzər mövqe sərgiləmişdilər. Məsələ Nyu-Yorkda keçirilən beynəlxalq konfransda da gündəmə gətirilib. Kanada Baş naziri Mark Karni isə yaxın gələcəkdə Fələstini tanımaq niyyətində olduqlarını açıqlayıb.

Seçilən
11
turkic.world

1Mənbələr