AZ

Prezident Sərdar Berdiməhəmmədov Balkan vilayətinə baş çəkib

Yazını böyüt
Yazını kiçilt

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov ölkənin qərbində yerləşən Balkan vilayətində olub, Birləşmiş Millətlər Təşkilatının (BMT) dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransının yüksək səviyyədə keçirilməsi ilə bağlı görülən işlərlə tanış olub.

Hafta.az-ın yazdığına görə, gənc şəhər, ağ mərmər şəhər, işıqlı cığır, qar kimi ağ layner - bütün bunlar gələcək nailiyyətlərin simvolu kimi vahid harmoniya təşkil edir. Güclü dövlətin yeni dövrünün dirçəlişi dövründə nəqliyyat sisteminin kompleks inkişafına böyük əhəmiyyət verilir. Bu, Avropa ilə Asiya arasında ticarət yollarının mühüm kəsişməsində yerləşən Türkmənistanın nəqliyyat və tranzit dəhlizlərinin aktivləşməsi üçün əlverişli şərait yaradır. Ölkənin mülki aviasiya infrastrukturunun yenilənərək müasir avadanlıqla təchiz edilməsi ixtisaslaşdırılmış sahədə həyata keçirilən genişmiqyaslı proqramların tərkib hissəsidir.

Bunun bariz nümunəsi Türkmənbaşı Beynəlxalq Hava Limanının innovativ texnologiyalar əsasında modernləşdirilməsidir. Hava limanının sərnişin terminalı, pasport nəzarəti məntəqələri və mühafizə məntəqələri ən müasir avadanlıqla təchiz edilib.

Dövlət başçısı beynəlxaql forumun keçirilən məkana baş çəkib. Qarşıdan gələn beynəlxalq forumun əhəmiyyətindən danışan prezident Sərdar Berdiməhəmmədov qeyd edib ki, tədbirin məhz Türkmənistanda keçirilməsi ilə bağlı qərar ümumbəşəri rifah və tərəqqi maraqlarına tam cavab verən konstruktiv əməkdaşlığın qurulmasını əyani şəkildə nümayiş etdirir. Bu kontekstdə dövlət başçısı BMT ilə çoxşaxəli strateji tərəfdaşlığın Türkmənistanın xarici siyasətinin prioritetlərindən biri olduğunu vurğulayıb.

Məlum olduğu kimi, bu il aprelin 11-də BMT Baş Assambleyasının 79-cu sessiyasının 63-cü plenar iclasında sözügedən forumun keçirilməsi ilə bağlı 57 dövlət tərəfindən dəstəklənən Qətnamə qəbul edilib.

Konfransda dənizə çıxışı olmayan inkişaf etməkdə olan və BMT-yə üzv olan digər dövlətlərin yüksək səviyyəli nümayəndə heyətlərinin, beynəlxalq və regional strukturların, qanunvericilik orqanlarının, maliyyə institutlarının, ictimai birliklərin və özəl sektorun rəhbərləri və nümayəndələrinin iştirakı gözlənilir.

Xatırladaq ki, dövlət başçısı 2025-ci il iyulun 4-də BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransının yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə Qətnamə imzalayıb. Eyni zamanda, Türkmənistan hökuməti ilə BMT arasında qarşıdan gələn forumun təşkili proseduru haqqında Saziş mövcuddur.

Milli Turda Türkmən xalqının Ümummilli Lideri, Türkmənistan Xalq Maslaxatının sədri Qəhrəman-Arkadağın sədrliyi ilə Təşkilat Dövlət Komitəsinin iclasında Konfransın keçirilməsi məsələləri ətraflı müzakirə olunub.

Seçilən
24
1
hafta.az

2Mənbələr