Bunu Demokrat.az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib.
"Onsuz da sənətçilərin geyimi hər zaman müzakirə olunub. İnsanları heç cür razı salmaq mümkün deyil. Mütləq şəkildə yaxşıda da bir problem tapacaqlar.
Mən fikirləşirəm ki, ona görə, hər kəs özü, öz ailə məsələləri ilə məşğul olsa, yaxşıdır. Kiməsə məsləhət vermək, yol göstərmək kimi dəyərlər artıq keçmişdə qalıb".
Qeyd edək ki, son günlərdə Avroviziya qalibimiz Nigar Camalın geyimi geniş müzakirələrə səbəb olub.
Əfsanə Kamal
Demokrat.az