AZ

Tramp Rusiya və Ukrayna arasında sülh sazişinin avqustun 8-dək imzalanmasında israrlıdır

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında müharibənin avqustun 8-dək başa çatdırılmasında israrlıdır.

“Report” “Al Arabia”ya istinadən xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-nin böyük diplomatı Con Kelli bildirib.

“Rusiya və Ukrayna atəşkəs və davamlı sülh barədə razılığa gəlməlidir. Razılaşmanı imzalamağın vaxtı çatıb. Prezident Tramp açıq şəkildə bildirib ki, bu, avqustun 8-dək edilməlidir. ABŞ sülhü təmin etmək üçün əlavə addımlar atmağa hazırdır”, - Kelli deyib.

Seçilən
23
5
report.az

6Mənbələr