AZ

22 yoluxma, 1 ölüm: Nyu-Yorkda təhlükəli xəstəlik baş qaldırdı

22

ABC telekanalının Nyu-Yorkun Səhiyyə Departamentinə istinadən yaydığı məlumata görə, Harlem bölgəsində “legioner" xəstəliyi yayılması qeydə alınıb. Məlumata əsasən, iyulun 25-nə olan vəziyyətə görə, 22 nəfərdə infeksiya təsdiqlənib, onlardan biri vəfat edib.Səhiyyə qurumu bildirir ki, iyul ayının sonlarından etibarən adıçəkilən rayonda olan və qripə bənzər simptomlar – qızdırma, öskürək və ya nəfəs almaqda çətinlik – yaşayan şəxslər dərhal həkimə müraciət etməlidirlər.Xüsusilə risk qrupunda olan şəxslərə diqqət yetirilməsi tövsiyə edilir. Bu qrupa 50 yaşdan yuxarı şəxslər, siqaret çəkənlər, xroniki ağciyər xəstəlikləri və zəif immuniteti olan insanlar daxildir.Ulusum.az

Diqqət Çəkənlər

Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”

İran ABŞ-dan haqq-hesab soruşur: Zərərin əvəzini ödəyin

Azərbaycanlı idmançı faciəvi şəkildə həyatını itirdi

Seçilən
12
ulusum.az

1Mənbələr