AZ

“Cənub Mənzil Tikinti”nin rəhbərinin ölkədən çıxışı məhdudlaşdırıldı

“Cənub Mənzil Tikinti” Kooperativinin rəhbərinə “stop” qoyulub. 

Valyuta.az xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynov bununla bağlı qətnamə qəbul edib. 

İş materiallarından məlum olur ki, kooperativin dövlət büdcəsinə 62 111 manat borcu olub. Borc ödənilmədiyindən Dövlət Vergi Xidməti 6 Saylı Ərazi Vergilər İdarəsi məhkəməyə üz tutub. Qurum məhkəmədən borc ödənilədək şirkət rəhbərinə stop qoyulmasını xahiş edib. 

Qeyd edək ki, “Cənub Mənzil Tikinti” Kooperativi 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 manatdır. Şirkətin qanuni təmsilçisi Abdullayev Nizami Cavanşir oğludur. 

Hüseyn

Seçilən
23
valyuta.az

1Mənbələr