"Araz-Naxçıvan"ın Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində bu gün saat 22:15-də qarşılaşacağı "Aris" itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, Yunanıstan təmsilçisinin oyunçusu Karles Perezi it dişləyib. 27 yaşlı ispan oyunçu itini gəzdirərkən başqa bir itin hücumuna məruz qalıb. Nəticədə xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.
Yerli mətbuat futbolçunun "Araz-Naxçıvan"a qarşı matçı buraxacağını bildirir.
Qeyd edək ki, Elmar Baxşıyevin komandası Bakıdakı oyunda rəqibini 2:1 hesabı ilə məğlub edib.