
Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Sabunçu rayonu ərazisindəki qaz kəməri üzərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 01.08.2025-ci il tarixdə saat 10:00-dan etibarən “Yeni Zabrat” ölçü qovşağında qaz təchizatının dayandırılması planlaşdırılır.