Bakı. Trend:
Bakının Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatımüvəqqəti dayandırılacaq.
Trend xəbərverir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, Sabunçu rayonu ərazisindəki qaz kəməri üzərindəaparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 01.08.2025-ci iltarixdə saat 10:00-dan etibarən "Yeni Zabrat" ölçü qovşağında qaztəchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Sabunçu rayonunun II Zabratqəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasiləyaranacaq.