BAKI, 31 iyul. TELEQRAF
“Avropadan Qəzza zolağına gələn humanitar yardımları əvəzsiz hesab edirik”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu yaxınlarda Fransa Prezidenti Makrona zəng edərək onu cəsarətli qərarına görə təbrik etdim. Qəzzadakı qardaş və bacılarımıza tək olmadıqlarını hiss etdirəcəyik. Ölkəmizdəki bütün siyasi aktorların da bu məsələyə eyni həssaslıqla yanaşmalarını və nadan ritorikadan uzaqlaşmalarını gözləyirik”, - dövlət başçısı bildirib.