AZ

Aktyor qeyri-adi səbəbə görə Ceyms Bond rolundan imtina edib...

...Britaniyalı aktyor Teron Edjerton, DeniVillenev tərəfindən idarə olunacaq əfsanəvi franşizanın növbəti film adaptasiyasında Ceyms Bond rolu üçün mübarizə aparmayacağını söyləyib. Edjerton deyir ki, o, mükəmməl casus olmaq üçün sadəcə "çox cılızdır".

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Deadline yazır. ...Düşünmürəm ki, uyğun gəlmirəm. Ceyms Bondu, xüsusən də Daniel Kreyq dövrünü sevirəm, amma bunun öhdəsindən gələ bilmərəm. Həqiqətən də buna uyğun gələn çoxlu böyük gənc aktyorlar var.Düşünürəm ki, bu rol sadəcə olaraq mənə sərf olunacaq.

35 yaşlı aktyor belə deyib.

Edjerton vurğulayıb ki, bu miqyaslı layihə tam fədakarlıq tələb edir və karyerasının bu mərhələsində o, başqa rolları sınamaq istəyir.

...Ceyms Bond rolu əsl sınaqdır. O, sözün əsl mənasında bütün həyatınızı əhatə edir. Məni xoşbəxt edəcək şeyin bu olduğuna əmin deyiləm.

Aktyor onu da etiraf edib ki, bundan əvvəl onun mümkün iştirakı ilə bağlı yayılan xəbərləri təkzib edib.

2023-cü ildə verdiyi müsahibədə o, özünü fiziki cəhətdən bu rola uyğun hesab etmədiyini qeyd edib.

...Bu oğlan olmaq üçün hər zaman mükəmməl görünməlisən.Və mənim həmişə çəkimlə bağlı problemlərim olub.

Nazlı Almuradova

Seçilən
27
sia.az

1Mənbələr