AZ

İsrailin Qəzzanın Sudaniyyə bölgəsinə hücumu nəticəsində ölənlərin sayı artıb

BAKI, TurkicWorld

İsrail ordusunun Qəzzanın Sudaniyyə bölgəsində həyata keçirdiyi hücum nəticəsində ölənlərin sayı artıb.

TurkicWorld xəbər verir ki, bu haqda Fələstin Hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, hücum nəticəsində 58 nəfər həlak olub, 579 nəfərin isə yaralanıb.

Mətbuat xidmətinin verdiyi açıqlamada bölgədə humanitar vəziyyətin getdikcə ağırlaşdığı vurğulanıb və İsrailin humanitar yardımların qarşısını almaqla aclıq və xaosu yaymağa çalışdığı bildirilib.

Hımçinin vurğulanıb ki, bölgədə ən azı 600 yardım maşınına və gündəlik yanacaq təminatına ehtiyac var, lakin ağır blokada bu ehtiyacların qarşılanmasına imkan vermir.

Qeyd edək ki, Qəzza zolağında vəziyyət getdikcə daha da ağırlaşır. İsrailin hücumları və humanitar yardımın girişinə qoyulan ciddi məhdudiyyətlər nəticəsində bölgə aclıq, susuzluq və dərman çatışmazlığı ilə üz-üzədir. Əsasən uşaqlar olmaqla, aclıq səbəbindən ölüm hallarının sayı artır. 2023-cü il oktyabrın 7-dən bu yana aclıqdan həyatını itirən fələstinlilərin sayı 154-ə çatıb, onlardan 89-u uşaqdır.

Seçilən
9
turkic.world

1Mənbələr