Bakı. Trend:
Tayland atəşkəs elan edildikdən sonra Sisaket əyalətinin sərhədbölgəsində baş verən hərbi toqquşma nəticəsində təslim olan 18hərbçini avqustun 1-də Kambocaya təhvil verəcək.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, Kamboca əsgərləri avqustun 1-isəhər saatlarında evlərinə qayıdacaqlar.
Qeyd olunur ki, hərbi əsirlərdən birinə qol sınığı diaqnozuqoyulub, digəri isə əsəb pozğunluğu keçirib. Nəşrin qeyd etdiyikimi, Tayland ordusu kambocalılarla Cenevrə Konvensiyasının hərbiəsirlərlə rəftar üzrə normalarına uyğun davranıb.
Xatırladaq ki, iyulun 24-də səhər saatlarında Kamboca-Taylandsərhədində, Oddar-Miençey əyalətindəki mübahisəli sərhəd zonasıyaxınlığında silahlı toqquşmalar baş verib.
İyulun 28-də Malayziyanın Baş naziri Ənvər İbrahim Asiyaölkələri arasında atəşkəs əldə olunduğunu elan edib. Atəşkəs iyulun29-da saat 00:00-da (Bakı vaxtı ilə iyulun 28-də saat 21:00)qüvvəyə minib.