ABŞ-ın yüksək vəzifəli diplomatı Con Kelli BMT Təhlükəsizlik Şurasının 15 üzvü qarşısında çıxış edərək, prezident Donald Trampın Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması üçün konkret tarix təyin etdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.
“Rusiya və Ukrayna atəşi dayandırmaq və davamlı sülh barədə razılığa gəlməlidirlər. Artıq razılaşma zamanıdır. Prezident Tramp açıq şəkildə bildirib ki, bu, 8 avqusta qədər baş tutmalıdır. ABŞ isə sülhün təmin olunması üçün əlavə addımlar atmağa hazırdır”, – deyə Kelli vurğulayıb.
Natiq Səlim,
KONKRET.az