AZ

Bu xəstəliyi olanlara maşın sürmək olmaz–Psixiatr


Psixi pozuntulara, problemlərə çox insanlarda rast gəlmək olar, lakin əsasdiaqnozun olması deyil, onun davranışa təsir dərəcəsidir.

“Medicina” xəbər verir ki, psixiatr Dmitri Stejkov sürücülükvəsiqəsinin alınmasına tam qadağa olan diaqnozları açıqlayıb.


“Bu,dörd qrup xəstəliklərə şamil edilir: psixi pozğunluqlar və davranış pozğunluqları, o cümlədən şizofreniya və demensiya; psixoaktiv maddələrin istifadəsi nəticəsində yaranan pozğunluqlar (alkoqolizm, narkomaniya); epilepsiya; həmçinin ciddi görmə pozğunluğu.

Vətəndaşların sürücülüyə buraxılmasını tənzimləyən sənəddə həm mütləq qadağalar, həm də insanın müəyyən xəstəliklərə baxmayaraq avtomobili idarə edə bilməsi şərtləri var. Məsələn, sürücünün ayaqları iflic olarsa, o, əl ilə idarə olunan avtomobili idarə edə, bir gözü kordursa, parkinq sensoru sistemindən istifadə edə bilər.


Psixi pozğunluqlar sırasına “Psixoloji inkişafın ümumi pozğunluqları” da əlavə edilib. Buraya autizm, Asperger sindromu, Rett sindromu və xarici dünya ilə qarşılıqlı əlaqənin pozulması ilə digər şərtlər daxildir”.

Rəng görmə anomaliyalarına gəldikdə, burada çox şey xüsusi təzahürlərdən asılıdır. Bir şəxs svetoforları və nişanları tanıya bilirsə, sürücülük vəsiqəsi ala bilər.

Depressiya, panik atak kimi diaqnozlar sürücülüyə tam qadağa siyahısına daxil deyil.

Aygün Musayeva

Seçilən
20
medicina.az

1Mənbələr