“Football-plus.az” xəbər verir ki, “dəniz ustaları”nın baş məşqçisi Qonsalo Qarsiya oyunöncəsi mətbuat konfransında iştirak edib.
Mütəxəssisin fikirləri:
“Matça çox yaxşı hazırlaşmışıq. Yenə də hər şey yaxşı ola bilər. Bakıda səsləndirdiyim fikirlərə görə xeyli tənqid eşitdim. Amma hələ də həmin cür düşünürəm: “Zirə”yə uduzmaq faciə deyil. Çox yaxşı komandaya qarşı oynayacağıq. Hər halda, hazırıq. Hücuma keçəcəyik, qollar vuracağıq və qələbə qazanmağa çalışacağıq. Aqressiv, təhlükəli və dominant oyun göstərməyə çalışacağıq. Komandam qalib gəlmək üçün hər şeyini meydanda verəcək. Oyunçularım məşqlərdə çox yaxşı hazırlaşıblar. Bu, məni sevindirir. Ancaq bəzən əla hazırlaşsan da, uduzursan. Bu səbəbdən hər şeyə hazır olmalıyıq. Biz özümüzə inanırıq. Plana sadiq qalsaq, intizamlı oynasaq, qalib gələ bilərik. Topu özümüzdə saxlamaq və mümkün qədər çox hücum etmək vacibdi”.
Xatırladaq ki, matç bu gün saat 23.00-da başlayacaq.KƏNAN BAHADIR