AZ

Putin Ermənistanla bağlı qanun imzaladı

BAKI, 31 iyul. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin İrəvanla Ermənistan-Rusiya Universitetinin fəaliyyəti haqqında sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Teleqraf xəbər verir ki, saziş 2024-cü ilin dekabrında Moskvada imzalanıb və Rusiya hökuməti onu 2025-ci ilin iyulunda parlamentin aşağı palatasına təqdim edib.

Sənəd universitetin yaradılması və fəaliyyətinin şərtləri haqqında 1997-ci il müqaviləsini əvəz edir və izahat qeydinə əsasən, universitetə aid hüquqi tənzimləmənin davamlılığını təmin edir.

Əlavə olunmuş materiallarda o da qeyd olunur ki, sənəd Ermənistan-Rusiya Universitetinin pedaqoji, elmi, təsərrüfat və maliyyə fəaliyyətinin təkmilləşdirilməsinə yönəlib. Bundan əlavə, saziş Rusiya Federasiyasının “Ermənistan və qlobal humanitar məkanda müsbət imici”ni gücləndirmək məqsədi daşıyır.

Seçilən
6
3
teleqraf.com

4Mənbələr