AZ

Vəkil: "Ali Məhkəmə qanunsuz həbs olunan şəxsi dərhal azad etdi"

BAKI, 31 iyul. TELEQRAF

"Müdafiəçi olduğum şəxsə göstərdiyim keyfiyyətli hüquqi yardım nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona Şəki Ağır Cinayətlər məhkəməsi tərəfindən bəraət verilib".

Teleqraf xəbər verir ki, bunu vəkil Nicat İmanov bildirib.

O qeyd edib ki, şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və dərhal məhkəmə iclas zalından azad olunub: "Dövlət ittihamçısı tərəfindən verilmiş protestə baxılan zaman Şəki Apellyasiya məhkəməsində Şəki Ağır Cinayətlər məhkəməsində müdafiçisi olduğum şəxsin qeyri-müəyyən səbəblərə görə mənimlə müqavilə bağlamadığı üçün məhkəmə proseslərində müdafiəçi kimi iştirak etməmişəm. Mənim yoxluğumdan istifadə edən Şəki Apellyasiya məhkəməsi şəxsi məhkəmə zalından həbs etmişdi.

Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmündən məhkumun müdafiəçisi kimi kassasiya şikayəti verildi.
Ali Məhkəmənin Cinаyət Kоllegiyаsının tərəfindən şikayətin qismən təmin edildi. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmünün ləğv edilməsi və cinayət işinin yenidən apellyasiya instansiya məhkəməsində baxılmağa təyin edilməsi, şəxsin məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi qərarа alındı".

Seçilən
5
teleqraf.com

1Mənbələr