Rusiyanın növbəti raket hücumu zamanı Ukraynanın ən böyük məscidlərindən biri zərər çəkib. Partlayış dalğası məscidin bir neçə mərtəbəsində pəncərələri sındırıb, bina qəlpələrlə dolub, hər yerdə şüşə qırıqları müşahidə olunub.
KONKRET.az xəbər verir ki, xəsarət alan olmayıb – məscid işçiləri hücum zamanı vaxtında sığınacaq tapıblar.
Ukraynanın xarici işlər naziri Andrey Sibiga hadisəyə münasibət bildirərək, bu hücumu qınayıb və İslam ölkələrini, eləcə də beynəlxalq təşkilatları Rusiyanın dini obyektlərə qarşı bu cür hücumlarını açıq şəkildə pisləməyə çağırıb.
Natiq Səlim,
KONKRET.az