AZ

Kiyevdə matəm elan edilib

Avqustun 1-də Ukraynanın paytaxtı Kiyevdə Rusiyanın şəhərə kütləvi hücumu nəticəsində həlak olanların xatirəsinə matəm günü elan edilib.

Operativ Media xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

Mer sabah şəhərdə istənilən əyləncə tədbirlərinin qadağan olunacağını qeyd edib.

“Şəhərdəki bütün meriyaların binalarında bayraqlar endiriləcək. Həmçinin dövlət və özəl mülkiyyətdə olan binalarda dövlət bayraqlarının endirilməsi tövsiyə olunur”, - Kliçko bildirib.

Xatırladaq ki, Rusiyanın Kiyevə kütləvi PUA hücumu nəticəsində 11 nəfər həlak olub, 135 nəfər yaralanıb.

Seçilən
28
3
operativmedia.az

3Mənbələr