Rusiyanın Kiyevə raket zərbələri endirməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Xilasetmə işləri davam etdirilir.
***
Rusiya ordusu gecə saatlarında Kiyevə raket və PUA zərbələri endirib.
Axar.az xəbər verir ki, bunu Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko deyib.
Onun sözlərinə görə, zərbələr nəticəsində 6 nəfər ölüb, 50-dən çox sakin yaralanıb.
Qeyd edək ki, ən çox Svyatoşinsk və Solomensk rayonları zərər çəkib.