AZ

Microsoft-un bazar dəyəri 4 trilyon dolları ötüb

Microsoft və Meta şirkətlərinin ikinci rüb üzrə müsbət maliyyə göstəriciləri bu şirkətlərin bazar kapitallaşmasının sürətlə artmasına səbəb olub.

Marja xəbər verir ki, Microsoft-un səhmləri maliyyə nəticələrindən sonra ilk ticarət günündə 8 faizdən çox artaraq şirkətin bazar kapitallaşmasını 4 trilyon dollara çatdırıb.

Meta səhmləri də yeni ticarət gününə 11 faiz artımla başlayıb. Meta-nın bazar kapitallaşması da 190 milyard dollar artıb.

Microsoft-un Azure bölməsi dördüncü maliyyə rübündə gəlirini 39 faiz artıraraq analitiklərin 34 faizlik gözləntilərini üstələyib.

Microsoft 3-cü rübdə süni intellekt xidmətlərini dəstəkləyən məlumat mərkəzlərinin yaradılmasına 30 milyard dollardan çox xərcləyəcəyini açıqlayıb.

Seçilən
17
marja.az

1Mənbələr