AZ

Tramp Netanyahuyla bağlı ritorikasını sərtləşdirəcək - CNN

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuyla münasibətlərinə yanaşmanı dəyişmək qərarına gəlib. Bu qərar onun Qəzza zolağında aclıqdan əziyyət çəkən uşaqlara dair görüntüləri izləməsindən sonra verilib.

Ölkə.Az xəbər verir ki, bu barədə Ağ Ev rəsmiləri CNN-ə danışıblar. Bildirilib ki, Tramp Şotlandiyaya səfərindən əvvəl həmin videokadrları izləyib.

“O köməkçilərinə deyib ki, bu dəhşətli görüntüləri Netanyahuyla müzakirə etmək istəyir və soruşub ki, ABŞ necə kömək edə bilər”, – deyə mənbə CNN-ə bildirib.

Rəsmilərdən birinin sözlərinə görə, həmin görüntülər Trampı dərindən sarsıdıb. CNN qeyd edir ki, Tramp bu məsələni bazar ertəsi şəxsən Netanyahuyla müzakirə edib və ona “fərqli şəkildə hərəkət etməyin vacib olduğunu” bildirib.

Seçilən
21
olke.az

1Mənbələr