AZ

6 gün cəngəllikdə qalan Tailand xüsusi təyinatlıları xilas edilib

Tailand ordusunun kəşfiyyat qrupu rabitə və dəstək olmadan altı gün cəngəllikdə qalıb və yalnız atəşkəsdən sonra təxliyə ediliblər.

“İki sahil” xəbər verir ki,  RİA Novosti bu barədə Tailand quru qoşunları komandanlığının rəsmi nümayəndəsi general-mayor Vinthaya Suvariyə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, Tailandda mülki hədəfləri atəşə tutan Kamboca Qrad MLRS-nin mövqelərinin kəşfiyyatı üçün döyüş bölgəsinə 19 xüsusi təyinatlı döyüşçü göndərilib. Əməliyyat bir günlük əməliyyat olmalı idi.

Lakin silahlı qarşıdurma daha da şiddətləndikdən sonra qrup komandanlıqla əlaqəni kəsərək ucqar dağlıq əraziyə sığınmağa məcbur olub.

"Hərbçilərimiz cəngəllikdə demək olar ki, altı gün rabitəsiz və dəstəksiz qalıb. Onların xilas edilməsi əməliyyatı atəşkəs qüvvəyə mindikdən sonra başlayıb"- deyə, Vinthaya Suvari bildirib.

Seçilən
26
ikisahil.az

1Mənbələr