AZ

Bu mağazalar şəxsiyyət vəsiqəsini GİROV GÖTÜRÜR...  - Hüquqşünas XƏBƏRDARLIQ ETDİ

Ölkədə fəaliyyət göstərən bəzi kirayə geyim mağazalarında, eləcə də icarə üsulu ilə götürülən əşyaların qarşılığında şəxsiyyət vəsiqəsi tələb olunur. Məlum olduğu kimi, şəxsiyyət vəsiqəsi məxfi sənəddir və oradakı məlumatları heç kəslə bölüşmək olmaz.


Bu baxımdan hər hansısa mağazaların və ya müəssisələrin bu formada şəxsiyyət vəsiqəsini girov kimi tələb etməsi qanunidirmi? Vətəndaşlar bu tələblə razılaşmalıdırlarmı? Bu haqda qanunda nə deyilir?


Hüquqşünas Səməd Vəkilov Referans-a açıqlamasında bu məsələnin hüquqi tərəfindən danışıb.




“Heç bir halda şəxsiyyət vəsiqəsini girov qoymaq və yaxud girov kimi tələb etmək düzgün deyil. Bu, qanunla yolverilməzdir. Təkcə şəxsiyyət vəsiqəsini deyil, digər sənədləri də girov götürmək qanunla cinayət əməli sayılır. Yaxşı olar ki, mülki münasibətlərlə bağlı məsələlərdə müqavilə hüququna üstünlük verilsin”.


Səməd Vəkilov qeyd edib ki, vətəndaş tərəfindən qeyri-rəsmi qurumdan şəxsiyyət vəsiqəsinin tələbi ilə bağlı şikayət edilərsə, həmin müəssisə cinayət məsuliyyətinə cəlb oluna bilər.

 

Fidan Vəlisoy 

Seçilən
12
referans.az

1Mənbələr