ABŞ Prezidenti Donald Tramp Fələstinin radikal HƏMAS hərəkatını hərbi əməliyyatları dayandırmağa və Qəzza zolağında saxlanılan israilli girovları azad etməyə çağırıb.
Publika.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Qəzzada humanitar böhrana son qoymağın ən sürətli yolu HƏMAS-ın təslim olub girovları azad etməsidir!" - Ağ Evin rəhbəri bildirib.
Bundan əvvəl Tramp İsrailin Baş naziri Binyamin Netanyahunun Qəzza zolağında aclıq olmadığı barədə bəyanatını şübhə altına alıb. Bundan əlavə, Amerika lideri mövcud vəziyyəti humanitar böhran və mütləq fəlakət hesab edib.