AZ

Meteoroloji peyklər 829 km uzunluğunda şimşək qeydə aldı... - AĞLASIĞMAZ

Yazını böyüt
Yazını kiçilt

Tədqiqatçılar yeni dünya rekordu qeydə alıblar - meteoroloji peyklər orta göstəricidən yüzlərlə dəfə böyük- inanılmaz dərəcədə nəhəng şimşək çaxmasını qeydə almağa müvəffəq olub. - Alimlərin fikrincə, “meqa parıltı”ın uzunluğu 829 kilometrə çatıb.

Hafta.az “Fokus” nəşrinə istinadla xəbər verir ki, bu haqda “Space” portalı məlumat yayıb.

Tədqiqatçılar peyk arxiv məlumatlarını nəzərdən keçiriblər və yeni dünya rekordunu - Texasdan Missuriyə qədər uzanan Yer kürəsinin tarixində ən uzun şimşəyini rəsmən olaraq qeydə aldılar. “Meqa parıltı” rekordu əvvəlki rekordu - 2020-ci ildə qeydə alınan 768 kilometr uzunluğunda ildırım çaxmasını 61 kilometr ötüb"- "Space" belə yazır.

Tədqiqatın həmmüəllifi, Arizona Dövlət Universitetinin professoru Rendi Cerveninin sözlərinə görə, o və həmkarları belə böyük ildırımları “meqa parıltı” adlandırırlar. Tədqiqatçılar yalnız indi onların necə və niyə yarandığını öyrənirlər.

Seçilən
10
hafta.az

1Mənbələr