AZ

Azərbaycan və ABŞ arasında Orta Dəhlizlə daşımaların perspektivləri müzakirə olunub

Bakı. Trend:

Azərbaycan və ABŞ arasında Orta Dəhlizlə daşımalarınperspektivləri müzakirə olunub.

Trend xəbər verir ki, bu barədə rəqəmsalinkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəhesabında paylaşım edib.

"ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon iləgörüş keçirdik. Görüşdə nəqliyyat, Orta Dəhlizin inkişafı və buistiqamətdə daşımaların perspektivlərini müzakirə etdik.

Eyni zamanda, telekommunikasiya, kibertəhlükəsizlik, süniintellekt, kadr potensialının artırılması və ABŞ şirkətləri iləgələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi apardıq", -nazir qeyd edib.

Seçilən
20
10
az.trend.az

10Mənbələr