AZ

“Jirona” Toma Lemarı icarəyə götürdü

“Jirona” Madrid “Atletiko”sunun 29 yaşlı fransalı hücumameyilli yarımmüdafiəçisi Toma Lemarı icarə müqaviləsi əsasında heyətinə qatıb.

Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

İcarə müqaviləsin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Keçid Kataloniya klubuna məccani əsasda başa gəlib. “Jirona” futbolçunun əməkhaqqının yarısını – 50%-ni ödəyəcək.

Toma Lemar “Kan”ın məzunudur. Yarımmüdafiəçi, karyerası ərzində həmçinin “Monako” və Madrid “Atletiko”sunun uğurları üçün çalışıb.

Geridə qalmış mövsümdə Lemar “Atletiko” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 8 oyun keçirib.

Toma Lemar 2016-cı ilin noyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 27 oyuna 4 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Toma Lemar “Monako” ilə Fransa çempionluğunu (2016/2017), Madrid “Atletiko”su ilə İspaniya çempionluğunu (2020/2021) və UEFA Super Kubokunu qazanıb (2018/2019), həmçinin Fransa yığması ilə Rusiyada keçirilmiş 2018-ci il dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı fransalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
22
arena.az

1Mənbələr