İranın Məşhəd şəhərində yerləşən tanınmış tibb müəssisəsi "Qaem" xəstəxanasının həyətində güclü yanğın hadisəsi baş verib.
BAKU.WS İRNA-ya istinadən xəbər verir ki, Məşhəd Yanğından Mühafizə İdarəsinin əməliyyatlar üzrə müavini Vahid Baxoda bildirib ki, alov məhz xəstəxana ərazisində yerləşən ağaclıq sahədə başlayıb. Müraciət daxil olan kimi dərhal dörd yanğınsöndürmə briqadası əraziyə göndərilib.
Rəsmilərin verdiyi ilkin açıqlamaya görə, yanğının xəstəxana binasına keçməsinin qarşısı alınıb və hər hansı xəsarət faktı qeydə alınmayıb.
A large fire has broken out at Qaem Hospital in Mashhad. pic.twitter.com/ul72cJDEeV
— The Middle Eastern (@TMiddleEastern) July 31, 2025