AZ

Türkiyə və İsrail arasında gərginlik pik həddə: Müharibə ehtimalı olduqca yüksəkdir

BAKI, 31 iyul. TELEQRAF

İsrail və Türkiyə arasında Suriya və ya Kiprdə müharibə ehtimalı olduqca yüksəkdir.

Teleqraf xəbər verir ki, bu barədə “Haber7” (Türkiyə) yazıb.

Portal bildirib ki, İsraildə müzakirə edilən son ssenari Türkiyə ilə yeni müharibə ehtimalıdır:

“İsrailin Qəzza, Livan, İran və Suriyanı bombardman etməsindən sonra yerli KİV növbəti hədəfin Türkiyənin olacağını iddia edir. Çoxsaylı İsrail media resursları Türkiyənin müdafiə sənayesindəki irəliləyişinə əsaslanaraq mümkün İsrail-Türkiyə müharibəsi ilə bağlı nəticələr çıxarmağa davam edir”.

Analitik Öznur Küçüker Sirene İsraildə baş verən son hadisələri və Avropa ölkələrinin Təl-Əvivə qarşı tutduqları mövqeni şərh edərək, bu hadisələrin Türkiyə-İsrail müharibəsini qızışdırdığını bildirib.

Ekspert Fələstin Dövlətini tanımaq istəyən Qərb ölkələrinin ardıcıl bəyanatlarına, İsrail daxilində Baş nazir Benyamin Netanyahuya qarşı artan müxalifətə, BMT-nin iki dövlətli həll üzrə yaxınlaşan konfransına və sentyabrda Netanyahunun korrupsiya iddiası ilə bağlı gözlənilən dindirilməsinə diqqət çəkib.

Sirene bütün bu inkişaflar fonunda “Netanyahu Suriya və ya Kipr üzərində Türkiyə ilə müharibəyə başlayaraq yenidən bunlardan yayınmağa çalışa bilərmi” sualına belə cavab verib: “Məncə, bu, həmişəkindən daha güclü bir ehtimaldır”.

Seçilən
6
1
teleqraf.com

2Mənbələr