AZ

Moskva vilayətində yanan evdən 90-a yaxın sakin təxliyyə edilib - VİDEO

Moskva vilayətinin Balaşixa şəhərində yanan beşmərtəbəli binadan 10-u uşaq olmaqla 90-a yaxın insan təxliyə edilib.

Qaziler.az bildirir ki, bu barədə iyulun 31-də Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Telegram kanalında deyilir: "90 nəfər, o cümlədən 10 uşaq təxliyə edilib".

Yerli məktəbdə müvəqqəti yaşayış məntəqəsinin yaradıldığı dəqiqləşdirilir. Hazırda yanğının söndürülməsinə 90 mütəxəssis və 28 texnika cəlb olunub.

Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti bildirib ki, yanğın nəticəsində bir nəfərin ölümü ilə bağlı cinayət işi açılıb.

Seçilən
9
qaziler.az

1Mənbələr