Ukrayna ordusu gələcəkdə alacağı F-16 qırıcılarını rus raket hücumlarından qorumaq üçün qeyri-adi və ağıllı müdafiə strategiyası hazırlayıb. Bu barədə Business Insider nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, ukraynalılar aerodromlarda və uçuş-enmə zolaqlarının yaxınlığında F-16 qırıcılarının maketlərini yerləşdirməyə başlayıblar. Bu maketlər vizual və istilik baxımından real təyyarələrə bənzəyir və Rusiya kəşfiyyatını, eləcə də raketlərin hədəflənmə sistemlərini çaşdırmaq məqsədi daşıyır.
Bundan əlavə, Ukrayna tərəfi qırıcıları real hücumlardan qorumaq üçün bir neçə əlavə tədbir də nəzərdən keçirir:
- F-16-ların daimi bazasını gizli saxlamaq;
- Daşınan və ya gizli sığınacaqlardan istifadə etmək;
- Maketi və real təyyarələri ayırd etməyi çətinləşdirən elektron mübarizə vasitələri tətbiq etmək.
Ekspertlər bildirirlər ki, bu taktika artıq Rusiya tərəfindən İran istehsalı olan PUA-larla hücum zamanı da müşahidə edilib: hücumlar bəzən real obyektlərə deyil, maketlərə yönəlib.
Qeyd edək ki, ilk F-16-ların 2025-ci ildə Ukraynaya çatdırılması gözlənilir. Hazırkı tədbirlər həmin təyyarələrin təhlükəsiz yerləşdirilməsi üçün hazırlıq mərhələsidir.
//Samir Qurbanov, Editor.az