Bakı. Trend:
"Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.
Klubdan Trend-əverilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi beninli cinahoyunçusu Abdul Raşid Mumini ilə 3 illik müqavilə imzalayıb.
20 yaşlı futbolçu yeni komandasında "25" nömrəli formada çıxışedəcək.
Qeyd edək ki, "Sumqayıt" buna qədər heyətini Pedro Pinto, AleksaYankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji,Rüstəm Əhmədzadə və Nikola Ninkoviçlə gücləndirib.