AZ

"Qalatasaray"ın müdafiəçisi karyerasını Fransada davam etdirəcək

"Qalatasaray"ın və Polşa millisinin cinah müdafiəçisi Pşemıslav Frankovski karyerasını Fransa Liqa 1-də davam etdirəcək.

Fanat.Az xəbər verir ki, 29 yaşlı oyunçu qarşıdakı mövsümdə icarə əsasında “Renn”in formasını geyinəcək. 

Bu barədə məlumatı "Aspor" yayıb. "Renn"in bu keçidi yaxın günlərdə açıqlayacağı və sözügedən oyunçunun ictimaiyyətə təqdim olunacağı bildirilib.

Frankovski daha əvvəl ABŞ-də “Çikaqo Fire”, Fransada “Lans” komandalarında da top qovub. O, Polşa millisində 30-dan çox oyuna çıxıb.

Kamil Xudiyev

Seçilən
13
fanat.az

1Mənbələr