Azərbaycan və Koreya Respublikası arasında süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Day.Az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Koreya Respublikasının ölkəmizdəki səfiri Kang Kymgu ilə görüşdük. Görüşdə Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti və növbəti iclasın keçirilməsi haqqında müzakirələr apardıq.
Süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz arasında birbaşa uçuşların təşkili, həmçinin, Koreya şirkətlərinin Azərbaycanda aktiv iştirak imkanları barədə fikir mübadiləsi apardıq", - deyə paylaşımda qeyd edilib.