AZ

Korifey italiyalı aktrisa vəfat edib

İtaliyalı korifey teatr və kino aktrisası Adriana Asti 94 yaşında vəfat edib.

Trend xəbər verir ki, bu barədə “Il Figlio” yazır.

Adriana Asti bir çox məşhur filmdə, o cümlədən, əfsanəvi fransız aktyoru Alen Delonla birlikdə çəkildiyi “Rokko və onun qardaşları” və “Zorro” filmlərində, həmçinin, Tinto Brassın “Kaliqula”, “Azadlığın ruhu”, “Lüdviq”, “Qısa məzuniyyət” və digər ekran işlərində rol alıb.

1974-cü ildə aktrisa “David di Donatello” mükafatına layiq görülüb, onun mükafatları arasında, həmçinin, “Qızıl Qlobus” da var.

1960-cı illərin sonlarında Asti məşhur italyan kinorejissor Bernardo Bertoluççi ilə evli olub.
Seçilən
55
1
sherg.az

2Mənbələr