AZ

"Barselona" prezidenti Yamalı Messiyə bənzətdi

style='margin-bottom:10px;'>

"Barselona"nın prezidenti Joan Laporta hücumçusu Lamin Yamalın gələcəkdə klubun sabiq oyunçusu Lionel Messi səviyyəsində futbolçuya çevrilə biləcəyinə inanır.

QOL.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Laporta deyib:

"Messi dünyanın ən yaxşı futbolçusu idi və düşünürəm ki, hazırda Lamin də dünyanın ən yaxşısı ola biləcək potensiala sahibdir. Gözləyək, görək. O, nadir rast gəlinən futbolçulardandır. Çünki o, əsl dahidir və ən yüksək səviyyədə oynayır.

Lamin çox güclü fərdi keyfiyyətlərə malikdir. Messi də vaxtilə son dərəcə peşəkar idi. Təbii ki, Messi hər şeyi qazandı və bütün uğurlara imza atdı. Mənim üçün o, bəlkə də futbol tarixinin ən yaxşı oyunçusudur".

Qeyd edək ki, Lionel Messi "Barselona"nın heyətində çıxış etdiyi müddətdə 7 dəfə "Qızıl Top" mükafatını qazanıb.

Seçilən
26
teleqraf.com

1Mənbələr