Rayonda əhalinin sosial rifahının yüksəldilməsi və infrastrukturun müasirləşdirilməsi məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Xüsusilə ərazilərdə əhalinin gündəlik həyat şəraitinin yaxşılaşdırılması istiqamətində təmir-bərpa, abadlıq, elektrik, qaz, su xətlərində təmir və yenidənqurma işləri aparılmışdır. Əkin sahələrinin suvarılmasından ötrü su kanallarının təmizlənməsi və bərpası işləri görülmüşdür. Aztəminatlı ailələrə və yardıma ehtiyacı olan şəxslərə maddi yardım göstərilmişdir.
Belə ki, Masallı Su Melorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Banbaşı ərazisində Masallı şəhərinə gedən su borusunda təmir işləri aparılmış, Xırmandalı kəndində 200 metr məsafəsədə suaparıcı kanal təmizlənmiş və suötrücü boru yenisi ilə əvəz olunmuşdur. Bədəlan ərazisinin Çayqıraq kəndində xeyriyyəçilər tərəfindən suötrücü kanallara iri diametrli borular yerləşdirilmişdir.
Yeyənkənd ərazisində 200 metr məsafədə suaparıcı kanal təmizlənmiş və keçidlərə suötrücü borular atılmışdır. Mahmudavar kəndində xeyriyyəçilər tərəfindən asfalt örtüyü döşənmiş yolların kənarında suötrücü kanal və kəndin futbol meydançasında artezian su quyusu qazılmışdır. Türkoba ərazisində suötrücü kanallar qazılaraq məişət tullantılarında təmizlənmişdir.
Masallı Elektrik Şəbəkəsi tərəfindən Masallı şəhər ərazisində 2 ədəd transfarmator təmir olunmuş, Yeyənkənd ərazisinin Xəlfələr kəndində 700 metr yararsız elektrik naqili yenisi ilə əvəz olunmuş, Lürən ərazisində elektrik xətlərində təmir işləri aparılmış, Ərkivan və Hişkədərə ərazilərində elektrik xətlərinə maneə yaradan ağaclar budanmışdır.
Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən Hacıtəpə kənd tam orta məktəbində, Qızılağac kənd 2 saylı tam orta məktəbində Binə Xocavar kənd tam orta məktəbində, Banbaşı kənd tam orta məktəbinin dam örtüyündə, Xırmandalı kənd tam orta məktəbinin qazanxana sistemində təmir işlərinə başlanılmışdır.
Təzə Alvadı, Yeyənkənd, Hişkədərə və Mahmudavar ərazilərində bayraqlar yenisi ilə əvəz olunmuşdur.
Hişkədərə ərazisində xeyriyyəçilər tərəfindən bir aztəminatlı ailənin kommunal borcu və mərkəzi yolun işıqlandırılması üçün lazım olan sərfiyyat xərci ödənilmiş, Hişkədərə futbol komandasına 400 manat maddi yardım göstərilmişdir. Yeyənkənd ərazisində məscidin mərasim zalı üçün 2 ədəd kondisioner alınmışdır. Təzə Alvadı ərazi nümayəndəliyinin inzibati binasına su təchizatı sistemi quraşdırılıb.
Bədalan ərazisinin Aşurlu kəndində dayanacaq quraşdırılmışdır. Boradigah və Lürən ərazisində aztəminatlı ailəyə ərazaq yardımı göstərilmişdir. Mahmudavar kəndində xeyriyyəçilər tərəfindən aztəminatlı ailənin evinə yeni pəncərələr alınmışdır.
Bu kimi tədbirlər Masallı Rayon İcra Hakimiyyətinin əhalinin rifahı naminə apardığı siyasətin bir göstəricisidir və gələcəkdə bu işlərin daha geniş miqyasda davam etdirilməsi nəzərdə tutulur.