BAKI, 31 iyul. TELEQRAF
ABŞ prezidenti Donald Trampın Rusiya və İranla toqquşmaya hazırlaşmasının vaxtı çatıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.
Məqalədə deyilir: “Rusiya və İrana qarşı yarımçıq tədbirlər və strateji mesajların səmərəsiz olduğu sübut edildi, artıq səbir vaxtı deyil”.
Trampın Ukrayna ilə bağlı razılaşmanın əldə olunması üçün rusiyalı həmkarı Vladimir Putinə verdiyi 50 günlük vaxtı 10 günə endirməsinə cavab olaraq Kreml bəyan edib ki, Rusiya öz maraqlarını müdafiə etməyə davam edəcək. Həmçinin İran ABŞ-nin iradəsinin əksinə olaraq, nüvə proqramını daha da inkişaf etdirmək istəyini açıqlayıb.
“Ağ Evin təsiredici addımlar atmağa hazırlaşmasının vaxtıdır. Moskva və Tehranla toqquşma, çox güman ki, qaçılmazdır”, - Amerika nəşri vurğulayır.