Rəşad Nəbiyev ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşüb.
Operativ Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Amy Carlon ilə görüşdə nəqliyyat, Orta Dəhlizin inkişafı, daşımaların perspektivləri, həmçinin telekommunikasiya, kibertəhlükəsizlik, süni intellekt və kadr potensialının artırılması sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə ABŞ şirkətləri ilə gələcək tərəfdaşlıq imkanları da nəzərdən keçirilib.