İsrailin baş naziri Benyamin Netanyahunun ifrat sağçı koalisiya tərəfdaşı, milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə HƏMAS ilə atəşkəs razılaşması əldə olunmayacağı təqdirdə, fələstinlilərin Qəzza zolağından bir neçə həftə ərzində çıxarılması planını həyata keçirəcəyinə söz verdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, “Yedioth Ahronot” qəzeti İsrail rəsmilərinə istinadən yazıb ki, baş nazir Benyamin Netanyahu Ben-Qviri koalisiyada saxlamaq üçün Qəzzadan fələstinliləri deportasiya etmək planını sürətləndirir.
Xəbər verildiyi kimi, Netanyahu Ben-Qvirə İsrailin “razılıq əldə olunmazsa” həftələr ərzində minlərlə fələstinlini Qəzzadan çıxarmağa başlayacağına söz verib.
İsrail rəsmiləri yaxın vaxtlara qədər yalnız kağız üzərində olan deportasiya planının reallaşmağa başladığını bildiriblər.
Aytən Yaşar/ Turkustan.az