Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyası İctimai Birliyinin növbəti iclası keçirilib. İclasda Lamiyə Xəlilova yekdil qərarla sözügedən assosiasiyasının baş katibi təyin olunub.
Editor.az xəbər verir ki, L.Xəlilova Nəqliyyat və Logistika üzrə The Chartered Institute of Logistics and Transport (CILT) tərəfindən akkreditasiya edilmiş MILT statuslu beynəlaxlq dərəcəli mütəxəssisdir, o cümlədən beynəlxalq təşkilat olan WILAT-ın (Women In Logistics And Transport) Azərbaycan üzrə əlaqələndiricisidir. O, həmçinin layihələrin idarəedilməsi sahəsində The IASSC Certified Lean Six Sigma Yellow Belt™️ (ICYB™️) sertifikatına, habelə nəqliyyat, logistika və layihə idarəçiliyi sahələrində 15 ildən artıq praktiki təcrübəyə malikdir. L.Xəlilova hazırda Azərbaycan Texniki Universiteti (AzTU) və Dövlət Gömrük Komitəsinin Akademiyasında pedaqoji fəaliyyətlə də məşğuldur.
Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası 2021-ci ilin iyun ayında yaradılıb. Assosiasiyanın əsas məqsədi dövlət orqanları ilə sıx əməkdaşlıq, bu sahədə fəaliyyət göstərən regional, beynəlxalq assosiasiyalar və konfederasiyalar arasında kommunikasiya quraraq, ölkəmizin tranzit potensialını dünyada təbliğ etmək, təlim və təcrübə proqlamları vasitəsi ilə milli kadrları yetişdirməklə Azərbaycanda logistika bazarını inkişaf etdirməkdir.
Qeyd edək ki, Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası Beynəlxalq Ekspeditorlar Assosiasiyaları Federasiyasının (International Federation of Freight Forwarders Associations – FIATA) üzvüdür. 1926-cı ildən fəaliyyət göstərən və mərkəz ofisi Cenevrədə yerləşən FIATA 150-dən çox ölkədən olan 109 Ekspeditorlar Assosiasiyalarını, eləcə də 5 500-dən çox fərdi üzvi və 40 000-dən çox Nəqliyyat və Ekspeditor şirkətlərini birləşdirir.