AZ

Bakıdakı qəza ocaqları və onların səbəbləri ilə bağlı layihə başa çatdı - FOTO

“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstək Agentliyinin maliyyələşdirdiyi "Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili" adlı layihəyə yekun vurub.

Avtosfer.az xəbər verir ki, 3 aylıq (13.05.2025-31.07.2025) layihə çərçivəsində yol hərəkəti təhlükəsizliyinin təminatı mövzusunda yerli mediada 15 maarifləndirici yazı dərc edilib. İyulun 16-da “World Business Center”də ictimai müzakirə təşkil olunub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, ekspertlər media və ictimaiyyət nümayəndələri iştirak edib.

Maarifləndirici layihə çərçivəsində Bakının bir sıra küçə və prospektlərində yaranan qəza ocaqları, baş verən yol-nəqliyyat hadisələrinin səbəbləri barədə ictimaiyyətə məlumat verilib. Sosial şəbəkədə canlı yayım zamanı yol hərəkəti iştirakçılarının şikayəti əsasında bir sıra qəza ocaqları araşdırılıb, ərazi ilə bağlı həll yolları və təkliflər verilib. Layihənin yekununda ictimai müzakirədə səsləndirilən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə təkliflər hazırlanaraq aidiyyəti qurumlara göndərilib.

Səfər

Seçilən
21
avtosfer.az

1Mənbələr