AZ

Ən təhlükəli 4 ağrı– Həkimdən xəbərdarlıq



Elə ağrılar var ki, həyatınızın təhlükədə olduğunu göstərir.


Medicina.az xəbər verir ki, LOR cərrah Mehdad Yavəriciddi yanaşmalı olduğunuz 4 cür ağrıya diqqət çəkib.


“Birdən-birə görmənin zəifləməsi ilə müşayiət olunan güclübaş ağrısı, bu beyinə qansızma ola bilər.

1. Yaşlı, təzyiqli insanlarda baş verə bilər.

2. Təngnəfəslik və ürəkbulanma, qusma ilə müşayiət olunan sinədə sıxıcı güclü ağrı. Bu, infarkt deməkdir.

3.Hər iki ayaq və ya bir ayaqda qəfil istilik, hissiyatın pozulması ilə güclü bel ağrısı. Bu onurğa beynində iltihabi xəstəlik və ya sinir kanallarının daralması ola bilər.

4. Bir ayağın şişkinliyi və çox güclü ağrı, hər hansı əməliyyatdansonra baş verə bilər. Bu o ayağın damarlarında tromb olmasını göstərə bilər.

Əgər bu laxta tərpənib, ağciyərə və ya aortaya çatsa, ani ölüm baş verə bilər”.

Aygün Musayeva

Seçilən
6
medicina.az

1Mənbələr