AZ

Hindistan Rusiya neftinin alışını məhdudlaşdırır – KİV


Hindistanın dörd dövlət neft emalı zavodu Rusiya neftinin alınmasını dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” sənaye mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, sözügedən şirkətlər “Indian Oil Corp” (IOC), “Hindustan Petroleum Corp” (HPCL), “Bharat Petroleum Corp” (BPCL) və “Mangalore Refinery Petrochemical Ltd”dır (MRPL).
Son bir həftə ərzində onlar Rusiya neftini tələb etməyiblər, lakin alternativ tədarüklər üçün spot bazara üz tutublar - əsasən Yaxın Şərq və Qərbi Afrika.
Nəşr qeyd edir ki, bu, ABŞ Prezidenti Donald Trampın Rusiya neftini alan ölkələrə rüsum tətbiq etməklə hədələməsi fonunda baş verib.
Seçilən
13
1
yeniavaz.com

2Mənbələr