AZ

“İdman üçün onun qədər çox iş görən ikinci bir insan yoxdur” - Ölkə prezidentinin oğlu

ABŞ prezidenti Donald Trampın Klublararası dünya çempionatında kubokun qalibi olan “Çelsi” futbolçularının mükafatlandırmasındakı çıxışı əks-səda doğurub.

Sportinfo.az xəbər verir ki, ölkə rəhbərinin oğlu Erik Tramp BBC-yə verdiyi açıqlamada atasının bu tədbirdə iştirakına münasibət bildirib:

“O, Amerika Birləşmiş Ştatlarının ali baş komandanıdır. Qalib komanda onu səhnəyə dəvət etdi və dedi ki, ABŞ prezidentinin kuboku təqdim etməsi onlar üçün böyük şərəf olardı.

Mən də orada idim, hər kəs coşqu ilə ayağa qalxmışdı. İdman üçün onun qədər çox iş görən ikinci bir insan yoxdur”.

Hadisə ilə bağlı “Çelsi”nin futbolçuları da fikirlərini bölüşüblər. Komandanın müdafiəçisi Mark Kukurella zarafatla belə deyib:

“Mən çox qorxdum. Gözləyirdik ki, Tramp getsin, amma o deyirdi: “Qaldırın kuboku, mən burada qalacam”. Axı ona heç nə deyə də bilmirsən…”

Bundan başqa, Trampın “Çelsi”nin oyunçularından Koul Palmerə “Mən böyük “Çelsi” fanatıyam və sənin pərəstişkarınam” dediyi məlum olub.

Seçilən
0
sportinfo.az

1Mənbələr