AZ

“Arsenal”ın futbolçusu “Borussiya”ya keçə bilər

“Arsenal”ın futbolçusu Leandro Trossar karyerasını Almaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, Dortmund “Borussiya”sı belçikalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Sky Sports” məlumat yayıb. “Borussiya”nın yaxın zamanda ingilislərlə danışıqlara başlayacağı bildirilir.

30 yaşlı yarımmüdafiəçi 2023-cü ildən “Arsenal”da çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Seçilən
15
futbolpress.az

1Mənbələr