AZ

"Mingəçevir"in nigeriyalı forvardının taleyinə aydınlıq gəldi

Ötən mövsümün ikinci yarısını "Mingəçevir"də keçirən nigeriyalı hücumçu Abba Usmanın yeni mövsümə harada başlayacağı bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, pleymeyker mövqeyində də çıxış etməyi bacaran 21 yaşlı afrikalı "şəhərlilər"in heyətində qalacaq.

Abba ilə 1 mövsümlük müqavilə imzalanıb.

Xatırladaq ki, "Mingəçevir" son mövsümdə 1-ci Liqadakı mübarizəni 4-cü yerdə başa vurub. Sözügedən klub mövsüm yekunlaşandan sonra baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb. Onun yerini Ramiz Məmmədov tutub.

Mirağa 

Seçilən
22
fanat.az

1Mənbələr